Qoz-fındığın, əslində, beynə, zehnə və yaddaşa faydasının çox olduğu barədə həmişə oxumuşuq. Amma qastroenteroloq Lyudmilla Suxorukova jurnalistlərə açıqlamasında bu çərəzlərin beynə zərərli təsirinin də olduğunu bildirib.
Həkim qoz-fındığın mərkəzi sinir sistemi üçün gözlənilməz təhlükəsini qeyd edib. Bu çərəzlərdən çox və aramsız yeyildikdə beynə zərər verə biləcəyindən danışıb:
“Əgər siz çoxlu qoz yeyirsinizsə, bu, beynin fəaliyyətində problemlər yarada bilər.
Böyük miqdarda fındıq beyin damarlarına mənfi təsir göstərir. Şəkərli diabet və ya diatezi olanlar üçün, ümumiyyətlə, fındıq yemək olmaz.
Müxtəlif çərəzlərin həddindən artıq istifadəsi orqanizmdə mənfi dəyişikliklər yaradar. Məsələn, badam böyrək problemlərinə, qoz-fındıq ciddi allergiyaya, uşaqlarda sədəf və ya ekzemaya səbəb ola bilər. Makadamiya qoz-fındığı, xüsusilə, yüksək kalorilidir. Bundan əlavə, məhsul toksin mənbəyidir. At şabalıdında belə zərər verən maddələr var”.
Dietoloq Yevgeni Arzamastsev də qoz-fındığın bir az qədərindən artıq yeyilməsinin qan damarlarına mənfi təsir göstərə biləcəyini deyib. Bu barədə danışan mütəxəssis uzun müddət naməlum yerdə saxlanmış, qovrulmuş qoz-fındıq yeməməyi də tövsiyə edib. Bildirib ki, belə çərəzlər ətrafında qoyulmuş digər məhsulların təsirindən reaksiyaya uğrayar və onun xeyrindən çox zərəri olar.
Z.HÜSEYNLİ
XQ