“Evləri var xana-xana...”

post-img

Əvvəllər “ev” deyəndə insanların qaldığı yer nəzərdə tutulurdu. İndi bəzi adamlar ev axtarsalar da, çoxlu “ev”lər əmələ gəlib. Bakıda, Sumqayıtda... çoxlu “Kabab evi”, “Dönər evi”, “Şərab evi”, “Oboy evi”, “Xəngəl evi” və sair var.

Etiraf edək ki, bu kimi adlar bir qədər də gülməli təsir bağışlayır. Birmənalı şəkildə   yanlışlıq ingiliscədən “house” sözünün hərfi tərcümə edilib, ünvan və reklam  lövhələrinə yazılmasındadır. İaşə obyektlərinə, xidmət sahələrinə, istirahət guşələrinə belə gülünc adları qoyanların ağıllarına gəlmir ki, “evi” əvəzinə “xana” yazmaq daha düzgün olar: “Kababxana”, “Dönərxana” və sair kimi. Leksik baxımdan “xana” sözünün elə “ev”, “otaq” mənalarını tam dəqiqliyi ilə ehtiva etdiyinin sübuta ehtiyac yoxdur. 

Ə.DOSTƏLİ
XQ

 



Sosial həyat