Ötən ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın Malayziyaya birbaşa xarici investisiyalarının həcmi 3 milyon 665 min ABŞ dolları təşkil edib.
Azərbaycan Mərkəzi Bankının məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 milyon 639 min ABŞ dolları və ya təqribən 141 dəfə çoxdur. Birbaşa xarici investisiyaların ümumi həcmində Malayziyaya yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 0,2 faiz təşkil edib.
2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan Malayziyaya birbaşa xarici investisiyaların ümumi həcmi 26 min ABŞ dolları təşkil etmişdi. Qeyd edək ki, ötən ilin 9 ayında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 4 milyard 736 milyon ABŞ dollarından çox olub. Bu isə əvvəlki ilin eyni dövründəki göstəriciyə nisbətən 213 milyon 485 min dollar və ya 4,7 faiz artım deməkdir.
Eyni zamanda, hesabat dövrü ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 2 milyard 39 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin 9 ayındakı göstərici ilə müqayisədə 658 milyon 90 min dollar və ya 47,7 faiz çoxdur.
XQ

