Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
XQ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda 16 milyard 620,2 milyon kubmetr təbii qaz hasil edilib. Bunun 12 milyard 987,3 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb. Belə ki, hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 0,3 %, əmtəəlik qaz hasilatı isə 0,6 % artıb.
Bildirilir ki, ötən 4 ayda Azərbaycanda 8 milyon 806 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 8 milyon 783,8 min tonu əmtəəlik xam neftin payına düşüb.
Hesabat dövründə neft hasilatı və əmtəəlik neftin həcmləri 2025-ci ilin yanvar-aprel aylarının göstəricisi ilə müqayisədə olaraq 3,4 % % azdır.
N.Adilqızı
XQ

