WUF13-də “Dayanıqlı şəhər inkişafı və medianın roluna dair” Bəyanat qəbul edilib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

WUF13-də “Dayanıqlı şəhər inkişafı və medianın roluna dair” Bəyanat qəbul edilib.

XQ xəbər verir ki, bəyanatın mətni Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Mənzil və şəhər dayanıqlılığı üzrə ictimai müzakirənin formalaşmasında medianın rolu” mövzulu tədbirdə səsləndirilib.

“Biz - davamlı şəhər inkişafı və iqlim dayanıqlılığı istiqamətində vətəndaş iştirakçılığına, çoxtərəfli və təsirli əməkdaşlığın təşviqinə cəlb olunmuş ictimai, könüllü və çoxsaylı tərəflər kimi qeyd edirik ki, media ictimai məlumatlılığın artırılmasında, maarifləndirilmiş cəmiyyət iştirakının təşviqində, şəhərsalma və iqlimə uyğunlaşma məsələləri üzrə inklüziv dialoqun formalaşdırılmasında mühüm rol oynayır.

Diqqətə çatdırırıq ki, dayanıqlı icmaların gücləndirilməsi və səmərəli iştirakçılığın təşviqi məqsədilə hökumətlər, şəhərsalma üzrə özəl sektor, vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatlar və media institutları arasında tərəfdaşlıq xüsusi əhəmiyyət daşıyır.

Qəbul edirik ki, postmünaqişə yenidənqurma prosesləri və ekoloji məsuliyyətli şəhərsalma daxil olmaqla, ağıllı, yaşıl və insan mərkəzli şəhərlərin inkişafı bu istiqamətdə dayanıqlı nəticələrin əldə olunmasına töhfə verə bilər.

Təsdiq edirik ki, məsuliyyətli media fəaliyyəti, jurnalistika və ictimai müzakirə dayanıqlı, inklüziv və gələcəyə yönəlmiş cəmiyyətlər arasında kommunikativ körpülərin qurulmasının əsas elementlərindəndir.

Çağırış edirik ki, maraqlı tərəflər Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun şəkildə urbanizasiya və ətraf mühit barədə mütərəqqi ictimai məlumatlılığın artırılması üçün proaktiv müzakirələr və əməkdaşlığı daha da gücləndirsinlər”, - deyə Bəyanatda qeyd olunub.

Sosial həyat