“Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub

post-img

Yanvarın 10-da Azərbaycan Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə FİS təqviminə əsasən “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin 3-cü gününün yarışları keçirilib.

Turnirin sonuncu günündə idmançılar dağ xizəyinin slalom kateqoriyasında mübarizəyə qoşularaq birincilik uğrunda yarışıblar.

Yarışın nəticələrinə əsasən Qazaxıstan idmançısı Kseniya Brejnaya 1-ci yerə,Qazaxıstanın digər təmsilçisi Dalel Talkunova 2-ci yerə, Özbəkistan xizəkçisi Kseniya Qriqoreva isə 3-cü yerə sahib olublar.

Qeyd edək ki, “Azerbaijan Open” turnirində Azərbaycanla yanaşı İsveçrə, Macarıstan, Sloveniya, Gürcüstan, Honkonq, Səudiyyə Ərəbistanı, Türkiyə, Nepal və Özbəkistan və Qazaxıstan Respublikalarından müxtəlif yaş kateqoriyalarını əhatə edən 25 qadın idmançı iştirak edib. Yarışlarda ölkəmizi Azərbaycanın dağ xizəyi üzrə idmançısı Anastasiya Papatoma təmsil edib.













İdman