Atçılıq Federasiyasının hesabatı

post-img

Azərbaycan Atçılıq Federasiyasında 2025-ci ilin yekunlarına həsr olunmuş tədbir keçirilib.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə idmanın inkişafına göstərdiyi dəstəyi xüsusi vurğulayan federasiyanın prezidenti Elçin Quliyev ötən il əldə olunan uğurlar və bu il üçün qarşıya qoyulan məqsədlər barədə danışıb.

Gənclər və idman naziri Fərid Qayıbov federasiyanın 2025-ci il ərzində fəaliyyətini yüksək qiymətləndirərək göstərilən diqqətə görə təşəkkürünü bildirib.

Federasiyanın baş katibi Emil Seyidov 2025-ci il üzrə fəaliyyətlər, 2026-cı ilin hədəf və planları barədə yekun hesabatla çıxış edib.

Daha sonra əldə olunan nailiyyətlərə görə fərqlənmiş şəxslərə və komandalara mükafatlar təqdim edilib.

Qabil YUSİFOĞLU
XQ

İdman