Dağ xizəyi turnirinin mükafatçıları

post-img

Azərbaycan Qış İdmanı Növləri Federasiyası (AQNİF) və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə Qusarda keçirilən “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirində ikinci günün mükafatçıları müəyyənləşib.

AQNİF-yə verilən məlumata görə, Beynəlxalq Xizək Federasiyasının (FIS) təqviminə uyğun təşkil olunan yarışın ikinci günündə idmançılar slalom növü üzrə mübarizə aparıblar.

Gərgin keçən yarışın yekununda İsveçrə təmsilçisi Nikita Anner birinci, qazaxıstanlı Dalel Talkunova ikinci, gürcüstanlı Nino Tklauri isə üçüncü yeri tutub.

İdmançılar sabah qiqant slalom növündə mübarizə aparacaqlar.

Turnir yanvarın 11-də başa çatacaq.

Qabil YUSİFOĞLU
XQ

İdman