Səhnədə “Sevgi sınağı”

post-img

Sumqayıt Dövlət Dram Teatrında   Əməkdar incəsənət xadimi Əli Əmirlinin qələmə aldığı, teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmovun  quruluş verdiyi “20 ildən sonra” tamaşası göstərilib. 

Xatırladaq ki, aprel ayında yaradıcı heyət bu tamaşa ilə Azərbaycan Teatr Xadimləri İttifaqının “Qonaq teatr” layihəsi çərçivəsində Bakıda – Aktyor evində çıxış etmişdi. Sumqayıt tamaşaçıları tərəfindən də maraqla qarşılanan səhnə əsərində bir aktyorun taleyi əks olunub. Geridə qalmış şöhrət, tamaşaçı alqışı, həyatın sərt üzü, sevgidə yaranan boşluq, 20 illik bir ailəni dağılmaq təhlükəsi qarşısında qoyur. Gərgin və təzadlı səhnələr fonunda gedən tamaşanın finalı hamını heyrətə salır. 

Sevgi sınağını göstərən tamaşada əməkdar artistlər Xatirə Süleymanova, İlahə Səfərova, Rauf Ağakişiyev, Cəlal Məmmədov, aktyorlar Mətləb Səfərli, Kamran Murad, Məryəm Hüseynli və Etibar Əmirli uğurla çıxış ediblər.

Tamaşaya baxışda ziyalılar, şəhər ədəbi ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

XQ   

 

Mədəniyyət