NASA-dakı azərbaycanlı kimdir?

post-img

NASA-dakı azərbaycanlı kimdir?

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) 2024-cü ildə aya  göndərməyi planlaşdırdığı namizədlərdən biri azərbaycanlıdır. Türkiyənin Bilkənt Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru Əmirulla Məmmədov bu barədə redaksiyamıza məlumat verib.  

Azərbaycan əsilli ABŞ aerokosmik mühəndisi və  ABŞ Hərbi Hava Qüvvələrinin zabiti olan Allen Mirqədirov 1979-cu il mayında də Bakı şəhərində anadan olmuşdur. Əvvəlki adı Ələkbər olan Allen  Mirqədirov Bakının Nizami rayonundakı  Tofiq Abbasov küçəsi,  30 saylı evdə yaşayıb,  birinci sinifdən altıncı sinfə qədər Qara Qarayev metro stansiyası yaxınlığında yerləşən  145 nömrəli tam orta məktəbdə təhsil alıb.1991-ci ilin yayında ailəsi ilə  ABŞ-yə köçüb və ABŞ-ın Arizona, Havaya, Kolorado, Kaliforniya və Merilend ştatlarında yaşayıb. 

Allen Amerika Hərbi Hava Akademiyasında (USAFA) kosmik texnika üzrə bakalavr dərəcəsi, San Dieqo Dövlət Universitetində aerokosmik texnika üzrə magistr dərəcəsi almış və təhsilini başa vurandan sonra 10 il  ABŞ Hərbi Hava Qüvvələrində xidmət etmişdir. 

NASA-dakı aerokosmik karyerası 2010-cu ildən başlayır. O, burada  orbital missiyalarında uçuşların təhlükəsizliyinə cavabdeh olan mərkəzdə aerokosmik mühəndis işinə təyin olunub.  2014-cü ildə  NASA komissiyası tərəfindən Marsa uçuşa maksimum bənzəyən təcrübə üçün seçilib. Təcrübədə kompüterlərin texniki vəziyyətinə, onun işlək vəziyyətdə olmasına və uçuş marşrutuna görə çavabdehlik missiyasını yerinə yetirib. Eyni zamanda uçuş trayektoriyasını optimallaşdıran kompüter proqramının işlənib hazırlanması ilə məşğul olub. 

Mirqədirov şəxsi həyatında  ilk sovet kosmanavtı  Yuri Qaqarinin həyat yolunun ona böük təsir etdiyini bildirir. Futbol, üzgüçülük və basketbol həvəskarıdır. Azərbaycan və Rusiya mətbəxini sevir. Sevdiyi ədəbi nümunələr sırasında  Lev Tolstoy,  Daniel Defo, Aleksandr Puşkinin əsərləri ilə yanaşı Molla Nəsrəddinin lətifələrindən ibarət seçmələrin də xüsusi yer aldığını vurğulayır.  

Qeyd edək ki, NASA ABŞ federal hökumətinin müstəqil agentliyidir . 1958-ci ildə Amerika dövlət xadimi və hərbi lider, ABŞ-ın 34-cü prezidenti D. Eyzenxauer  tərəfindən yaradılıb və birbaşa ABŞ Prezidentinə hesabat verir. 

XQ

Sosial həyat