Qazi Ramin Zakirov Respublika Klinik Xəstəxanasında apendektomiyadan əməliyyat olunub

post-img

Qazi Ramin Emin oğlu Zakirov TƏBİB-in tabeliyində olan Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında apendektomiyadan əməliyyat olunub.

Xəstəxanadan bildirilib ki, Oğuz rayonunun Padar kənd sakini, 1998- il təvəllüdlü Ramin Zakirov Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasına müraciət edib. Ramin Zakirov xəstəxananın II Cərrahiyyə şöbəsinin müdiri, professor Sahib Hüseynov tərəfindən müayinə edilib, xəstəyə kəskin apendisit diaqnozu qoyulub və apendektomiya cərrahi əməliyyatı uğurla icra olunub.

Qazimiz ona göstərilən diqqət və qayğıya görə Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımova və II Cərrahiyyə şöbəsinin müdiri, professor Sahib Hüseynova öz minnətdarlığını bildirib.

Qeyd edək ki, II Qarabağ müharibəsi qazisi Ramin Zakirov Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən “Kəlbəcərin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.

Sosial həyat