Hacıqabulda "Diqqət uşaqlar" devizi altında tədbir keçirilib

post-img

Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə əsasən respublika  ərazisində “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, bu istiqamətdə Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən 9 saylı tam orta məktəbdə hərəkət iştirakçılarının maarifləndirilməsi məqsədilə görüş keçirilib.  

Tədbirdə çıxış edən RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin rəisi, polis mayoru Sübhan İsgəndərov bildirib ki, keçirilən maarifləndirici tədbirin əsas məqsədi şagirdləri yol hərəkəti təhlükəsizliyi qaydaları ilə tanış etmək və onların iştirakı ilə baş verə biləcək yol qəzalarının qarşısını almaqdır. Məktəblilərə yollarda quraşdırılan yol nişanları, işıqforlar və piyada keçidlərinin əhəmiyyətindən danışan S.İsgəndərov, onlara nişanlardan düzgün istifadə qaydaları haqqında geniş məlumat verib. 

Tədbirin sonunda polis əməkdaşları tərəfindən şagirdlərə təhlükəsizlik qaydaları əyani şəkildə izah olunub, hərəkətin sıx və intensiv olduğu küçələrdə hərəkət edərkən daha ehtiyatlı olmalarının zəruriliyi çatdırılıb.









Sosial həyat