Süni intellektin inkişafı təhlükəlidirmi?

post-img

Süni intellektin (AI) “xaç atası” kimi tanınan Cefri Hinton “New York Times” qəzetinə verdiyi açıqlamada “Google”dan istefa verdiyini bildirib və gördüyü işdən peşman olduğunu söyləyib. O qeyd edib ki, AI çatbotları ilə bağlı bəzi təhlükələr “olduqca qorxuludur”. 

Qeyd edək ki, C.Hintonun neyron şəbəkələri və dərin öyrənmə üzrə qa­baqcıl tədqiqatı ChatGPT kimi hazırkı süni intellekt sistemləri üçün yol açıb. Süni intellektdə neyroşəbəkələr mə­lumatı öyrənmə və emal etmə üsulu ilə insan beyninə bənzəyən sistemlər­dir. Onlar süni intellektlərə insan kimi təcrübədən öyrənməyə imkan verir. Buna dərin öyrənmə deyilir. 

Britaniya-kanadalı psixoloq və kompüter alimi olan Hinton bildirib ki, çatbotlar insan beyninin saxladı­ğı məlumat səviyyəsini tezliklə ötüb keçə bilər. O qeyd edib: “Hazırda gördüyümüz ondan ibarətdir ki, GPT- 4 insanı ümumi bilikləri həcmində əvəz edir və daha çox bilik toplayır. Bu, mühakimə baxımından o qə­dər də yaxşı deyil, amma reallıqdır. Tərəqqi sürətini nəzərə alsaq, hər şeyin kifayət qədər sürətlə inkişafını gözləyirik. Buna görə də bu barədə narahat olmalıyıq.” 

Xatırladaq ki, bundan əvvəl mil­yarder İlon Mask, AI-nin digər “xaç atası” Yoşua Benhio da süni intellekt sahəsində sürətli inkişafın təhlükəli olması barədə xəbərdarlıq ediblər. 

“Xalq qəzeti”

Sosial həyat