Bolqar bibəri və ahıllar

post-img

Bolqar bibərinin yaşlı insanlar tərəfindən istehlakı ürək-damar xəstəliklərinin profilaktikası üçün faydalıdır. Xarici ölkə mütəxəssisləri bolqar bibərini yaşlı insanların rasionunda ən yaxşı tərəvəzlərdən biri adlandırıblar. Onların fikrincə, bibərin tərkibində antioksidant effektinə malik karotinoidlər, eləcə də sağlamlığı (ürək-damar sisteminin sağlamlığını) möhkəmləndirən digər maddələr var. 

Bolqar bibəri orqanizmin ürək-damar xəstəlikləri zamanı müdafiəni yaxşılaşdıran mikro­elementlər olan kalium və maq­nezium mənbəyidir. Bu qida məhsulunun qəbulu yaşla bağlı xəstəliklər – məsələn, hiperto­niya ilə mübarizədə səmərəli kömək edir. Bolqar bibəri yaşla bağlı meydana gələn xəstəliklə­rin profilaktikasında da faydalı­dır. Bunlar ateroskleroz, podaq­ra, hipertoniya xəstəliyidir. 

Mütəxəssislər, həmçinin qeyd ediblər ki, tərəvəzin tərkib hissələri sayəsində onun istehla­kı hiperqlikemiya və şəkərli dia­bet əleyhinə müdafiəni yaxşılaş­dırır. Bibərdə olan liflər şəkərin qana sorulmasının qarşısını alır, karotinoidlər isə yüksək qlükoza konsentrasiyasının zərərli təsiri­ni neytrallaşdırır. 

Z. HÜSEYNOVA, “Xalq qəzeti”

Sosial həyat