Futzal turniri yekunlaşıb

post-img

Bakı İdman Sarayında keçirilən və ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal üzrə turnirin qalibi müəyyənləşib. 

Birinci yer uğrunda mübarizədə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komanda­sı Azərbaycan Dövlət Neft və Səna­ye Universitetinin yığmasını məğlub edərək qalib adına sahib olub. Üçüncü yer uğrunda oyunda isə Bakı Dövlət Universiteti Gəncə Dövlət Universiteti­nin futzalçılarını məğlub edərək bürünc medala layiq görülüb. 

Yarışda 19-u Bakı, 13-ü regiondan olmaqla, ümumilikdə 32 ali və orta ix­tisas təhsili müəssisələrinin komanda­ları iştirak ediblər. Yarışlar yarımqrup oyunları, pley-off, yarımfinal və final mərhələləri üzrə keçirilib. 

Çempionatın təşkilində məqsəd ulu öndər Heydər Əliyevin irsinin aşılan­ması, tələbələr arasında futzal idman növünün kütləviliyinin təmin edilməsi, beynəlxalq yarışlarda iştirak üçün res­publikanın tələbələrdən ibarət yığma komandasına namizədlərin müəyyən­ləşdirilməsidir. 

L.QURBANOVA, “Xalq qəzeti”

İdman