Qara dəliklər – kosmik canavarlar

post-img

NASA kainatdakı ürpədici böyüklükdə olan 10 qara dəliyin yeni animasiyasını yayımlayıb. Videogörüntüdə Günəşdən dəfələrlə böyük olan kosmik “canavarların” ağlasığmaz miqyası nümayiş etdirilib. 

Göründüyü kimi, belə qara dəliklə­rin nəhəng ölçüləri Günəşin kütləsindən 100.000 milyardlarla dəfə dəyişir. 

Animasiyada qalaktikanın müxtəlif yerlərində yerləşən cəmi 10 irihəcmli qara dəlik qeyd olunub. Onların arasın­da Günəşin ölçüsündən 4 milyon dəfə böyük olan “Sagittarius A” da yer alıb. Bu nəhəng qara dəlik ilk dəfə keçən il aşkar edilib. 

“Hubble” kosmik teleskopu vasitə­silə ərsəyə gələn görüntünün nümayişi bizə fövqəlkütləli qara dəliklərin füsun­kar ölçüsünü və kainatın miqyasını daha yaxşı başa düşməyə imkan verir. “Gələ­cəkdə bu sirli obyektlər haqqında kəşf edəcəyimiz yeniliklər bizim üçün çox həyəcanvericidir”, – deyə NASA əmək­daşları qeyd edib.

Aytən NƏCƏFOVA, “Xalq qəzeti”

Sosial həyat