Qrup mərhələsi başa çatıb

post-img

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq minifutbol turnirində qrup mərhələsi başa çatıb. 

A qrupu çərçivəsində Azərbaycan yığ­ması son oyununu Serbiya komandasına qarşı keçirib. Matçda qolsuz bərabərlik qeydə alınıb. Beləliklə, Azərbaycan millisi yer aldığı A qrupunu 8 xalla üçüncü pillə­də başa vurub. 

Xatırladaq ki, yığmamız ilk oyunda Çexiya ilə də qolsuz heç-heçə etmişdi. Daha sonra İtaliya və Gürcüstan seç­mələrinə 2:0 hesabı ilə qalib gəlmişdi. 

Komandamız bu gün pley-off oyunun­da digər qrupun ikincisi olan Fransa ilə üz-üzə gələcək. Bu cütün qalibi isə yarım­finalda Qazaxıstanla oynayacaq.

İdman