Suqovuşanda avarçəkmə yarışı

post-img

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş avarçəkmə üzrə “Prezident kuboku-2023” beynəlxalq reqatası başlayıb. Suqovuşanda keçirilən yarışın birinci günündə ilk qaliblər bəlli olub. 

2005-2006-cı il təvəllüdlü oğlanla­rın birnəfərlik qayıqda 200 metr mə­safəyə yarışında Elmir Məmmədov, Sezar Amari (Moldova), Radislav Çif­liqarov (Bolqarıstan) ilk üçlükdə qə­rarlaşıblar. 2007-2008-ci il təvəllüdlü qızların mübarizəsində Yıldız Özgün Naz (Türkiyə) birinci yeri tutub. Mişel Fessun (Ukrayna) ikinci, Mixaela Rusu (Rumıniya) üçüncü yerlərə layiq görü­lüblər. 2009-2010-cu il təvəllüdlü qız­ların yarışı isə Evelina Kostenkonun (Qazaxıstan) qalibiyyəti ilə başa çatıb. İzabela Aleksandra Jarnovska (Polşa) və Sofiya Nenno (Moldova) sonrakı pil­lələrdə qərarlaşıblar. 

Yarışlar mayın 7-dək davam edəcək. Reqatada 20-dək ölkədən avarçəkmə akademik, kayak və kanoe növlərində 100-dən çox yerli və xarici idmançı mü­barizə aparır. 

Yarışın növbəti mərhələləri Mingə­çevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində, mükafatlandırılma və bağ­lanış mərasimi Bakıda təşkil ediləcək.

İdman