Dil aç görüm nə deyirsən, göyərçin!

post-img

Filologiya üzrə fəlsəfə doktoru Aynur Familqızı sosial şəbəkələrdə xalqımızın milli-mənəvi, əxlaqi dəyərləri ilə bağlı müzakirələrdə vətəndaş fəallığı ilə seçilən dəyərli ziyalılardandır. 

Aynur xanımın insan və təbiət, ətraf mühtin təmizliyi mövzularında, xüsusilə güllərə, quşlara, bütün canlılara qayğı­nın vacibliyi ilə əlaqədar səmimi payla­şımları da diqqəti cəlb edir. 

Bu günlərdə A.Familqızı özünün “Facebook” səhifəsində sülh və har­moniya rəmzi olan göyərçinlə əlaqədar kövrək düşüncələrini paylaşıb. Orada yazılır: “Bu gün (dünən) UNEC-in 4-cü tədris binasında online formada müha­zirə deyərkən, bir göyərçin uçub audi­toriyanın pəncərəsinə qondu. Xeyli vaxt içəri boylandı, sonra sakitcə dayandı. Mənim səsim, danışığım heç də ona tə­sir etmirdi, çox rahat, sərbəst idi. 

Bu çağırılmamış qonaq məni çox sevindirdi, həm də audutoriyaya bir nəfəs gətirdi, ruhum təzələndi. Yadıma gözəl bir şeir düşdü: 

Bu dünyaya görən niyə gəlmişik, 

Yerimiz ki, bura deyil, göyərçin! 

Qulağına deyiləsi sözüm var, 

Boyum çatmır bir az əyil, göyərçin! 

Mən yerdə yalqızam, sən göydə yalqız 

Suallarım niyə qaldi cavabsız… 

Mənim ki, ümidim sənəydi yalnız, 

Quruyubmu ağzında dil, göyərçin! 

 

Hazırladı: M.HACIXANLI, “Xalq qəzeti”

Sosial həyat