ADPU-da “Novruz mühazirələri”

post-img

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzində “Novruz mühazirələri” layihəsi çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə professor Ədalət Tahirzadənin “Azərbaycan Cümhuriyyətinin təhsil siyasəti” mövzusunda mühazirəsi dinlənilib.

Tədbirdə giriş sözü ilə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universi­tetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov bu qəbildən olan elmi-kütləvi tədbirlərin keçirilməsinin əhəmiyyətli ol­duğunu deyib. 

Sonra auditoriya qarşısında çıxış edən professor Ədalət Tahirzadə əvvəl­cə Azərbaycan Cümhuriyyətinin yaran­dığı dövrdə çar Rusiyasının təhsil sahə­sində apardığı ayrı-seçkilikdən danışıb. Bildirib ki, o dövrdə Azərbaycan xalqı­nın təhsil almaqdan məhrum olunması nəticəsində ölkədə ciddi kadr çatışmaz­lığı yaranıb. O illərdə müsəlmanların ana dilində təhsil almaq, müəllimlər yetişdirmək, müxtəlif sahələrdə kadrlar hazırlamaq və s. hüququ yox idi.

“Azərbaycan Cümhuriyyəti tələbələ­ri” adlı irihəcmli tədqiqat əsərində təhsil alan tələbələrin hər biri haqqında ətraflı araşdırma aparıldığını deyən professor, ümumilikdə, xaricə təhsil almağa gön­dərilən 102 nəfərdən 46-nın sonradan vətənə qayıtdığını, lakin onların əksə­riyyətinin sovetlər dönəmində güllələn­diyini vurğuladı.

Mühazirədə, həmçinin qeyd olun­du ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət tərəfindən həyata keçirilən məqsədyönlü milli təhsil si­yasəti nəticəsində müəllim kadrları hazırlayan 9 kişi və 1 qadın müəllimlər seminariyası, 360-a qədər orta məktəb yaradılıb, 12 yeni dərslik tərtib olunub, Türkiyədən 50-yə qədər müəllim dəvət edilib.

Sonra müzakirələr professorlar Fik­rət Rzayev və Şahlar Əsgərovun iştira­kı ilə universitet tələbələrinin sualları ətrafında diskussiya şəklində davam etdirilib.

Sonda Ədalət Tahirzadə müəllifi ol­duğu kitablardan ADPU-nun kitabxana­sına hədiyyə edib. 

Qeyd edək ki, “Novruz mühazirələ­ri” silsilə tədbirləri 2016-cı ildən Bakıda və digər bölgələrdə yerləşən ali təhsil ocaqlarında təşkil olunur. Məqsəd icti­mai dinləmələr formatında Azərbaycan gəncliyinin tanınmış ziyalılarla canlı di­aloq qurmalarına şərait yaratmaq, yeni­yetmə və gəncləri vətənpərvərlik ruhun­da tərbiyə etrməkdir.

 

Fidan HÜQUQQIZI, “Xalq qəzeti”

Sosial həyat