Korifey ispan rəssamı Pablo Pikassonun qızı Mayanın portreti məşhur “Sotheby’s” hərrac evində 18 milyon funta satılıb.
“Fillette au bateau Maya” adı verilən portreti rəssam qızı Maya Vidmayer-Pikasso 1938-ci ildə cəmi iki yaş yarım olarkən çəkib. Bu rəngarəng əsər Pikassonun məşhur “Guernica” əsərini tamamladıqdan qısa müddət sonra hazırlanıb və Mayanın rəssamın çətin illərində ona yaşatdığı xoşbəxtliyi təcəssüm etdirir.
“Xalq qəzeti”