Gələcəyə sağlam uşaqlarla...

post-img

“Heydər Əliyev İli” çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən silsilə tədbirlər davam etdirilir. Belə ki, martın 4-də nazirliyin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu (ETAXİ) tərəfindən “Uşaq və yeniyetmələrdə vərəmin profilaktikası: problemə müasir yanaşma” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Əvvəlcə tədbir iştirakçılarına profes­sor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sa­natoriyasının fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Səhiyyə nazirinin müavini Nadir Zey­nalov Azərbaycanın dövlətçilik tarixində ulu öndər Heydər Əliyevin müstəs­na rolunu qeyd edib: “Ümummilli lider əhalinin sağlamlığının mühafizəsinə, millətin genofondunun qorunmasına xüsusi diqqət ayırırdı. Ulu öndər uşaq­lara qayğı ilə yanaşırdı. Onun “Uşaqlar bizim gələcəyimizdir” sözləri bir şüara çevrilmişdi. Bu gün Heydər Əliyevin si­yasətini uğurla davam etdirən Prezident İlham Əliyev səhiyyə sahəsinin inkişafı­na xüsusi diqqət yetirir. Həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyeva uşaqların, yeniyetmələrin və anaların sağlamlığını səhiyyəmizin əsas priori­tetlərindən biri kimi təyin edib”.

Keçirilən beynəlxalq elmi-praktik konfransın təbabətin ən vacib sahələ­rindən birinə - uşaq və yeniyetmələrdə vərəmin profilaktikası mövzusuna həsr olunduğunu qeyd edən nazir müavini deyib: “Ölkədə uşaqlar və yeniyetmələr arasında vərəm xəstəliyinə yoluxma hallarında əvvəlki dövrlərlə müqayisədə son 10 ildə azalma müşahidə olunur. Uşaqlarda vərəm xəstəliyinə yoluxma halları 2.5 dəfədən çox azalıb. Bildiyiniz kimi, vərəmlə mübarizə qlobal məsələ­dir. 

Tədbirdə çıxış edən ETAXİ-nin di­rektoru İradə Axundova qeyd edib ki, respublikamızda vərəm əleyhinə xidmət Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun nəzdində fəa­liyyət göstərən Milli Vərəm Proqramı Mərkəzi tərəfindən aparılır. Onun söz­lərinə görə, Səhiyyə Nazirliyinin Milli Vərəm Proqramı çərçivəsində son 7 ildə xəstələnmənin dinamikasında müs­bət dəyişikliklər (2016-cı ildə 100 min əhaliyə 38.9 vərəm halından 2022-ci ildə 100 min əhaliyə 28 vərəm halına­dək azalma) müşahidə olunub. “Bu azalma tendensiyası ölkədə ümumilik­də epidemioloji proseslərin stabilləşmə­sini göstərir”, - deyə institutun direktoru bildirib.

Beynəlxalq elmi-praktik konfrans­da professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının direktoru Rəşid Bədəlovun, Rusiya Federasiyası Səhiyyə Nazirliyinin baş mütəxəssisləri Valentina Aksenova, Lyudmila Şovkun və digərlərinin məruzələri dinlənilib. 

Qeyd edilib ki, elmi-praktik konfrans Azərbaycan Respublikası Səhiyyə Na­zirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 8 DTT kredit balı ilə qiymətləndirilib. Tədbirin sonun­da iştirakçılara sertifikatlar təqdim edi­lib.

 

“Xalq qəzeti”



Son xəbərlər