“Böyük manipulyator”

post-img

Mark ENDEVELD
(əvvəli ötən saylarımızda)

Ancaq aylar keçdikcə Yelisey sarayında Filip Qranjonun adı hallanmaqda davam edir və iş o yerə çatır ki, mətbuatda bir neçə dəfə onun tezliklə Yelisey sarayına gəlib prezidentin komandasına qoşulacağı barədə yazılar gedir. Filip Qranjon isə öz növbəsində verdiyi müsahibələrdə Makronun beşillik prezidentliyi müddətində “sosial dönüş nöqtəsi” yaratmaq arzusunu dəfələrlə qeyd edir, eləcə də “texnokrat” Eduard Filippi (Baş nazir) tənqid edir. Bir şeyi də qeyd etmək lazımdır ki, iyun ayında Filip Qranjon jurnalistlərə şikayət edir ki, Fransanı seçki kampaniyasında olduğu kimi “komando rejimində” idarə etmək olmaz. Heç şübhə yoxdur ki, o bu sözlərlə açıq şəkildə İsmael Emelieni və Aleksi Kohleri, eləcə də onların kiçik çevrəsini hədəfə alır. Qranjon jurnalistlərə onu da etiraf edir ki, o, əvvəlcədən nə hər şeyi bilə bilərdi, nə də hər şeyi idarə edə bilərdi. Onun bu sözlərindən xəbər tutan prezident öz növbəsində komandasının üzvlərinə istehza ilə deyir ki, “qorxmayın, özünüzü heç kəsdən gizlətməyin...”. Paradoksaldır, ya yox?

Yelisey sarayının döyüş otağı

Ancaq prezidentin klanının fəaliyyəti yayın əvvəllərində daha da pisləşməyə başlayacaq. Le Monde qəzetində “Benalla məsələsinin” alovlanmasından sonra Makron qorxuya düşüb keçmiş kampaniya komandasına üz tutur. Mayın 1-də başlanan bu skandalı söndürməyi, prezident, İsmael Emelienə həvalə edir. Və bu adam, doğrudan da, bu böhranın yatmasında baş rolu oynayacaq. Yelisey sarayının bu xüsusi məsləhətçisi, 1 May bayramından bir gün sonra Aleksandr Benallanın Parisin Contrescarpe meydanında çıxardığı hoqqaları örtbasdır edəcək. Aparat rəhbəri Patrik Strzodadan sonra ikinci yeri tutan Yelisey sarayının xüsusi məsləhətçi ona (Aleksandr Benalla) minimum sanksiya verməklə işə xitam verəcək... hələlik.

Sarayın özündə belə Aleksandr Benallaya qarşı bu yumşaq rəftar hamının böyük marağına səbəb olur. Nə əcəb Aleksandr Benallaya qarşı heç bir ciddi tədbir görülmədi? Axı rəsmi olaraq bu “missiya meneceri” təxminən on beş gün işindən tamamilə kənarlaşdırılmışdı... Buna baxmayaraq, nəinki ona layiq olduğu cəza verilmədi, hətt a onun aldığı maaşdan da heç bir qəpik də kəsilmədi. On beş gündən sonra heç nə olmamış kimi Yelisey sarayına qayıdıb öz əvvəlki işinə davam etdi. Prezident aparatının komandasında heç kim “Benalla haqqında sual” verməyə cəsarət etmir. Sanki bu suala tabu qoyulub. Ancaq iyulun 18-də “Le Monde” qəzetində çap olunan məqalədən sonra bu tabu partlayacaq. Yalnız Pier-Oliviye Kosta – Brijit Makronun kabinet direktoru – hiss edir ki, bu işlərin axırı dövlət başçısı üçün yaxşı qurtarmayacaq. Ona görə də təşəbbüsü ələ alıb Aleksandr Benalla ilə şəxsən görüşür. Təkbətək söhbət zamanı, Kosta Benallaya məsləhət görür ki, növbəti skandaldan yayınmaq üçün könüllü olaraq istefa verib Yelisey sarayını birdəfəlik tərk etsin. Benalla da öz növbəsində burnunun altında donquldanır ki, Yelisey sarayında heç kim onun burdan getməyini istəmir. “Mənə prezident dedi ki...”, – deyə özünə haqq qazandırır.

Öz növbəsində İsmael Emelien mayın 1-də baş verən hadisələri minimuma endirməkdə davam edir. Onun sözlərinə görə, əgər mətbuat on beş gün ərzində Aleksandr Benalla haqqında heç nə yazmayacaqsa, onda Yelisey sarayı bu təhlükədən sovuşacaq. Sarayın xüsusi məsləhətçisinin belə “məsuliyyətli” sözlərindən sonra hamı sakitləşir, daha heç kim bu problemə fikir vermir. Hələ bu harasıdır, hamı o qədər arxayınlaşır, komandada birinin də ağlına gəlmir ki, əgər birdən bu skandal yenidən üzə çıxsa, hansı strategiyanı götürsün. Beləliklə, əvvəlcədən gələcəkdə yarana biləcək suallara heç bir cavab hazırlanmır. Taleyin ironiyasına bax ki, skandal yenidən başlayır və elə bu yeni böhranın ilk saatlarından Yelisey sarayı əməlli-başlı panikaya düşür. Nə prezident, nə də onun komandasının üzvləri mətbuatda gedən məqalələrə reaksiya verməyə cəsarət etmirlər. Yalnız bir neçə gün sonra Milli Assambleyanın binasının iki addımlığında yerləşən Latın Amerikası Evinin bağçasındakı çıxışında, Makron, auditoriyanın qarşısında Aleksandr Benallaya fəaliyyətinə görə təşəkkür edir və axırda da oğru-quldur bandasına rəhbərlik edən quldurbaşı kimi iddia ilə deyir: “Qoy gəlsinlər... Mən burdayam!”.

Yayda Yelisey klanı fırtınaya düşən gəmi heyəti kimi əlindən gələn hər şeyi edir ki, gəmi batmasın. Bu manevrin başında Sibet Ndiay və Silvan Fort durur. Onlar fürsətdən istifadə edib indiyə kimi prezident aparatının mətbuatla əlaqə şöbəsinin müdiri, keçmiş jurnalist Brüno Rojer-Petinin arxasından dəyirlər. “Le Monde” qəzetində qalmaqal doğuran məqalə dərc olunandan bir gün sonra Emelien ona tapşırır ki, televiziyada Yelisey sarayının adından rəsmi şərh versin və bu hadisəni bacardığı qədər yumşaltsın). Bir həftə sonra Yelisey sarayının ədliyyə müşaviri, 194 keçmiş majistr Sonya Jemni-Vaqner də vəzifəsindən uzaqlaşdırılır. Nəticədə, yalnız Respublika prezidentinin ən sadiq və ən yaxın məsləhətçiləri işin içində qalır. Avqust ayının əvvəlində “Le Figaro” qəzeti “Yelisey sarayının müharibə otağının sirri” başlığı altında prezidentin klanı haqqında məqalə dərc edir və klanın bu böhrandan necə məharətlə çıxmağını işıqlandırır. Yaxşı deyiblər, dostunu göstər, deyim sən kimsən.

Lüdovik Şaker

İndi ədalət məhkəməsini başqa bir şey maraqlandırır: bu işdə İsmael Emelienin və onun dostu – Yelisey sarayının başqa bir “missiya meneceri” olan – Lüdovik Şakerin rolu nədən ibarət olub? İstintaq zamanı bu iki prezident məsləhətçisinin mobil telefonu vasitəsilə kiminlə və vaxt yazışdıqlarını araşdıran polis işçiləri qəribə bir şey ortaya çıxardırlar: İyulun 18-dən 19-na keçən gecə, saat 02:28-ə qədər İsmael Emelien və Aleksandr Benalla bir-birlərinə xeyli SMS göndəriblər. Bir neçə saat pauzadan sonra səhər saat 5-də yenidən SMS vasitəsilə xeyli yazışıblar. Daha sonra – yenə qısa bir fasilə – səhər saat 08:28-dən başlayaraq İsmael ilə Aleksandr arasında yenidən SMS vasitəsilə yazışma başlayıb.

Ancaq həmin gecə Benalla tək İsmael Emelienlə yox, həm də Lüdovik Şakerlə də SMS-ləşib. Ertəsi gün Makronun prezident kampaniyası zamanı “xüsusi əməliyyatlarla” məşğul, indi isə Yelisey sarayında “xüsusi dövlət missiyalarına” cavabdeh olan bu adam Aleksandr Benallanın arvadı Myriam B. ilə onun körpəsini jurnalistlərdən qorumaq üçün Parisin 16-cı rayonunun Foş prospektində yerləşən mənzillərindən götürüb başqa yerə aparır.

İstintaqın birinci günü ilk sorğu-sual zamanı Benalla müstəntiqlərə etiraf edir ki: “İyulun 19-da yoldaşım mənə zəng edib dedi ki, binanın qabağında və bizim mənzilin yerləşdiyi dəhlizdə çoxlu jurnalist var...”. Sonra da əlavə edir ki, “mən bir dostumdan xahiş etdim ki, arvadımı, uşağımı, eləcə də evdəki qiymətli əşyaları, xüsusilə mənim silahlarmı götürüb təhlükəsiz bir yerə aparsın...”. Bu dost da Lüdovik Şakerdir.

Bu adam da Benalla məsələsində baş rollardan birini oynayır – ancaq başqa bir epizodda... və qəribədir ki, prokurorluq bu epizodu araşdırmaqdan imtina edir. Məsələ burasındadır ki, iyulun 21-də Aleksandr Benallanın evindəki seyf müəmmalı şəkildə yoxa çıxır – özü də 196 polislərin onun evində axtarış aparmağa gəlmələrindən bir qədər əvvəl. Polislər ilk dəfə onun evinə axtarış aparmağa gələndə, mənzilə daxil ola bilmirlər. Benalla iddia edir ki, açarlar üstündə deyil, polislərin də əlində kifayət qədər güclü alətləri yoxdur ki, qalın dəmirdən hazırlanmış qapını sındırsınlar. “Axtarış zamanı hiss etdim ki, polisləri müşayiət edən müstəntiqlər narazıdırlar. Çünki onlar mənim qanuni şəkildə əldə etdiyim şəxsi silahlarımı saxladığım seyfi tapa bilməmişdilər...”, – deyə Benalla məhkəmədə hakimlərin qarşısında izah edir. Bu, əslində, Şakerin işi idi. Bu adam kampaniya zamanı qeyri-rəsmi olaraq onlara kömək edən bir neçə keçmiş hərbi qulluqçunu göndərmişdi ki, Benallaya kömək əli uzatsınlar – onun evindəki seyfi başqa bir yerə aparsınlar ki, polis tapa bilməsin. Burdan aydın olur niyə prokurorluq bu epizodu araşdırmaqdan imtina edir.

(ardı var)

Siyasət