Prezident seçkiləri ilə bağlı təşviqat materiallarının yerləşdirilməsi üçün lövhələr müəyyən edilib

post-img

Azərbaycanda növbədənkənar prezident seçkiləri bu il fevralın 7-də keçiriləcək. Artıq seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsi üçün müvafiq yerlərin müəyyən edilməsi ilə bağlı müddət başa çatıb. 

Seçki Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, dairə seçki komissiyasının təklifi ilə yerli icra hakimiyyəti orqanı və bələdiyyə qurumları səsvermə gününə azı 30 gün qalmış seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının ayrılmış lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlərin müəyyənləşdirilməsini təmin etməlidirlər.

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il yanvarın 8-dək olan dövrü əhatə edir. Bu səbəbdən təşviqat materiallarının yerləşdirilməsi üçün lövhələr artıq müəyyən edilib.

Rizvan FİKRƏTOĞLU
XQ

Siyasət