MDB XİN başçılarının Bişkek görüşü

post-img

Bu gün Bişkekdə MDB XİN Başçıları Şurasının iclası keçirilib. Məlumatı “Anadolu” verib. 

XİN başçıları aktual beynəlxalq məsələləri, siyasi, regionlararası əməkdaşlıq, təhlükəsizlik, beynəlxalq terrorizmə və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə əlaqələri müzakirə ediblər. 

Qırğızıstan XİN başçısı Jeenbek Kulubayev bildirib ki, ölkəsinin sədrliyi dövründə birlik çərçivəsində əməkdaşlıq inkişaf edib. 

İclasda cinayət yolu ilə əldə edilmiş gəlirlərin, terrorizmin maliyyələşdirilməsinin leqallaşdırılması risklərinin qiymətlərndirilməsi Beynəlxalq Mərkəzinin yaradılması haqqında Müqavilə, MDB-yə üzv dövlətlərin məhkəmə-ekspertiza fəaliyyəti sahəsində Koordinasiya Şurasının yaradılması haqqında Müqavilə, eləcə də, 2024-2028-ci illərdə cinayətkarklığa qarşı mübarizə üzrə birgə tədbirlər sahəsində Dövlətlərarası Proqram bəyənilib. Eyni zamanda, rus dili üzrə Beynəlxalq Təşkilatın yaradılması haqqında Saziş razılaşdırılıb. 

Növbəti iclasın 12 oktyabr 2024-cü ildə Minskdə keçirilməsi qərara alınıb. 

P.ƏMİRCANOV

XQ

Siyasət