Putin: Azərbaycan Türkiyədə qaz qovşağına maraq göstərir

post-img

Avropada Rusiya resurslarını əldə etmək istəyən hər kəs Türkiyədə qaz qovşağının yaradılmasında maraqlıdır. “Caliber” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Rusiya enerji həftəsi” beynəlxalq forumunun plenar iclasında deyib.

O qeyd edib ki, Rusiyanın Türkiyə vasitəsilə qaz nəqli imkanlarını genişləndirmək ideyası var.

Rusiya prezidenti bildirib ki, Azərbaycan Türkiyədə qaz qovşağına maraq göstərir. O, Türkiyədəki qaz qovşağına digər ölkələrin də qoşula biləcəyini vurğulayıb.

Rizvan FİKRƏTOĞLU
XQ

Dünya