İbrahim Kalın: İkinci tur bizim üçün daha asan olacaq

post-img

Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın canlı yayımda ikinci turun onlar üçün daha asan keçəcəyini söyləyib. O, səsvermə fərqinin azalacağını düşünmədiyini bildirib. 

Kalın həmçinin zəlzələ bölgəsindəki səslərin sayına dair xəbərlərə də cavab verib: "Mən onları böyük kədər və təəssüflə izlədim. Zəlzələ bölgəsinə qarşı biabırçı münasibəti də gördük. Prezidentimizin qutulardan qalib çıxmasından məyus olduqlarını gördük. Zəlzələ qurbanlarını təhqir etmək yolverilməzdir", - deyə Kalın qeyd edib. 

Anar ƏLİ,
“Xalq qəzeti”

Siyasət