Tahir Salahovun “Növbədən qayıdanlar”ı

post-img

“Növbədən qayıdanlar” dünya şöhrətli rəssam Tahir Salahovun məşhur rəsm əsərlərindən biridir. 1957-ci ildə çəkilən bu sənət əsəri rəssamın neft mövzusunda yaratdığı ilk əl işidir. Rəsm zamanında sənətsevərlər tərəfindən böyük rəğbətlə qarşılanıb. 

İncəsənət tənqidçisi olan Yeka­terina Degot deyib: “Növbədən qa­yıdanlar” əsərində insanlar nisbətən rahat və gərginlikdən uzaqdırlar. Bu əsərlə rəssam bizə neftçilərin çəkdik­ləri əzab-əziyyətləri göstərmək istə­yib, düzünü desək, buna nail olub. Elə buna görədir ki, əsər təkcə Azərbay­canı yox, dünya incəsənətinin inciləri siyahısındadır”. 

Yeri gəlmişkən, tabloda rəsm əsə­rində rəssam əsasən “soyuq” rənglər­dən istifadə edib. Hətta, demək olar ki, “isti” rənglərə müraciət edilməyib. 

Rəsm əsəri hazırda Sankt-Peter­burqdakı Rusiya İncəsənət Akademi­yasında saxlanılır. 

Leyla HADİ, tələbə-jurnalist

Sosial həyat