COVID-19 infeksiyasına 7 yoluxma faktı qeydə alınıb

post-img

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 7 yoluxma faktı qeydə alınıb, 1 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, in­diyədək ölkədə ümumilikdə 831 min 918 nəfərin koronavirus infeksiyasına yolux­ması faktı müəyyən edilib, onlardan 821 min 603 nəfər müalicə olunaraq sağalıb, 10 min 282 nəfər vəfat edib. Aktiv xəstə sayı 33 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 649, bu günə qədər isə ümumilikdə 7 milyon 640 min 12 test icra olunub.

Səhiyyə