Ombudsmanın əsir hərbçilərimizlə bağlı müraciəti

post-img

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən əsir götürülmüş və qanunsuz olaraq azadlıqdan məhrum edilmiş hərbi qulluqçularımızın dərhal azad olunması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.

Müraciətdə qeyd edilib ki, aprel ayın­da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd­boyu ərazisində itkin düşməklə Ermənis­tan tərəfindən əsir götürülmüş Azərbay­can Ordusunun əsgərləri Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğlu saxta ittihamlarla azadlıqdan məh­rum olunublar. 

Hesab edirik ki, Ermənistanda saxta məhkəmə hökmü ilə tamamilə qanunsuz olaraq azadlıqdan məhrum edilmiş hərbi qulluqçularımız dərhal azad edilməlidirlər. 

“Xalq qəzeti”

Siyasət