“Chatham House”da Azərbaycan–Ermənistan normallaşma prosesi barədə danışılıb

post-img

İyunun 22-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığa işgüzar səfəri çərçivəsində qabaqcıl beyin mərkəzlərindən biri olan Kral Beynəlxalq Münasibətlər İnstitutunda (Chatham House) təşkil edilmiş dəyirmi masa müzakirələrində çıxış edib.

Tədbirdə Azərbaycan–Birləşmiş Kral­lıq münasibətləri, qlobal və regional təh­lükəsizlik məsələləri, o cümlədən, enerji təhlükəsizliyi, Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi, sülh gün­dəliyi, Ermənistanın sülh prosesinə xələl gətirən hərbi-siyasi təxribatları, mövcud mina təhlükəsi, işğaldan azad edilmiş ərazilərin reabilitasiyası və yenidən qu­rulması, habelə əhalinin reinteqrasiyası istiqamətində Azərbaycan tərəfindən atı­lan addımlar və digər məsələlər müzakirə olunub.

Siyasət