Laçın Rayon Prokurorluğunun yeni inzibati binası

post-img

Açılış mərasimində Baş prokuror Kamran Əliyev, Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev, Baş Prokurorluğun rəhbər heyəti, eləcə də prokurorluğun veteranları iştirak ediblər.

Baş prokuror bildirib ki, Laçın Rayon Prokurorluğunun Laçın şəhərində inzibati binasının açılışı prokurorluq orqanlarının tarixində əlamətdar hadisələrdən biri ol­maqla hər bir prokurorluq işçisini sevin­dirir. Bu hadisə prokurorluq orqanlarının tarixinə qızıl hərflərlə yazılacaq. 

Prokurorluq əməkdaşlarının xidmətlə­rinin daha səmərəli və peşəkar təşkil edil­məsi üçün yaradılan yüksək şəraitə, elə­cə də müasir maddi-texniki təminata və təchizata görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq ifadə olunub.

* * *

Laçın Rayon Prokurorluğunun yeni in­zibati binasının açılış mərasimindən son­ra Baş Prokurorluğun rəhbərliyinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan La­çın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov və işğaldan azad edilmiş ərazilərdə fəa­liyyət göstərən tabe rayon və ərazi hərbi prokurorlarının iştirakı ilə əməliyyat müşa­virəsi keçirilib. 

Baş prokuror Kamran Əliyev zəruri tapşırıq və göstərişlərini verib. 

* * *

Dünən Baş prokuror Laçın və Qu­badlıda Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili Qoşunlara məxsus hərbi hissələrdə olub, əsgər və zabitlərlə görü­şüb.

Sonra bir qrup hərbiçiyə Silahlı Qüv­vələr Günü münasibətilə qiymətli hədiy­yələr təqdim olunub.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Son xəbərlər