İqtisadiyyat nazirinin müavini Elnur Əliyev “İnsan resursları zirvəsi– 2023” forumu çərçivəsində keçirilən “Neft kapitalından insan kapitalına keçiddə dövlətin rolu” panel müzakirəsində Azərbaycanın 2022-ci ildə qeyri-neft sektorunda ixracının 3 milyard ABŞ dollarını ötdüyünü qeyd edib.
Nazir müavini, həmçinin belə bir mühüm nailiyyətin çoxçeşidli iqtisadiyyatın inkişafı istiqamətində səylərin parlaq nümunəsi olduğunu, eyni zamanda, həmin göstəricinin artırılmasına yönələn fəaliyyətin hazırda uğurla davam etdirildiyini deyib. Onun sözlərinə görə, Azərbaycanda bu gün qeyri-neft məhsullarının rəqabət qabiliyyəti üçün hüquqi rejimlərin nəzərdən keçirilməsi, müxtəlif ölkələr, sərbəst bazarlarla preferensial ticarət sazişlərinin imzalanması üzrə danışıqlar aparılır.
Xatırladaq ki, 2018-2022-ci illər ərzində sənaye məhsulları ixracının əmtəə nomenklaturası 884-dən 1204-dək, kənd təsərrüfatı məhsulları ixracının əmtəə nomenklaturası isə 307-dən 332-dək artıb. 2018-2022-ci illərdə ölkəmizin qeyri-neft ixracı həm faktiki qiymətlərdə, həm də real ifadədə 1,72 milyard dollardan 3,05 milyard dollaradək artıb.
Ekspertlərin fikrincə, respublika iqtisadiyyatında belə yüksək göstəricilərin əldə olunması, ilk növbədə, ölkədə investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması və qeyri-neft sektorunun inkişafına xüsusi önəm verilməsi ilə bağlıdır. Bütün bunlarla bərabər, mövcud dinamikanı şərtləndirən sahibkarların ixrac potensialının gücləndirilməsi, potensial tərəfdaşların tapılması və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi kimi amillər də daim prioritetlər sırasındadır.
Son illərdə respublikada qeyri-neft sektorunun şaxələndirilməsi, Azərbaycan məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi nəticəsində yüksək göstəricilər əldə olunub. Məsələn, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyun sayına əsasən, cari ilin yanvar-may aylarında respublikamızın ümumi ixracı 16,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 1,5 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 22,1 faiz artıb.
Bu ilin yanvar-may ayları ərzində yeyinti məhsulları üzrə ixrac 334,4 milyon ABŞ dollarına bərabər olub. İlin ilk 5 ayı ərzində spirtli və spirtsiz içkilərin ixracı 5,9 dəfə, şəkər ixracı 43,8 faiz, meyvə-tərəvəz ixracı isə 10,4 faiz artıb. Hesabat dövründə aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 16,9 faiz artaraq 349,1 milyon ABŞ dolları təşkil edib.
Cari ilin yanvar-may aylarında qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 55,8 faiz artaraq 92,2 milyon ABŞ dolları təşkil edib. Təkcə bu ilin may ayında qeyri-neft ixracı 278,2 milyon ABŞ dolları olub.
Azərbaycanda qeyri-neft ixracının artmasına təsir göstərən mühüm amillərdən bir qismini diqqətə çatdırmaq istərdik:
–İqtisadiyyat Nazirliyi tərəfindən verilən investisiya təşviqi sənədi sənaye, kənd təsərrüfatı, logistika və turizm sahələri ilə məşğul olan hüquqi şəxs və fərdi sahibkarlara vergi və gömrük güzəştlərindən yararlanmaq imkanı yaradır;
–qeyri-neft-qaz sənayesinin inkişafı istiqamətində həyata keçirilən layihələr, xüsusilə son illərdə yaradılan sənaye parklarının fəaliyyəti önəmli rol oynayır;
–son illərdə qeyri-neft sənaye sahələri modernləşdirilib və strukturu təkmilləşdirilib, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli, elmtutumlu və innovativ istehsalı genişləndirilib. Sənayedə istehsalın diversifikasiyası diqqətdə saxlanılıb;
–qeyri-neft-qaz ixracının həm faktiki qiymətlərlə, həm də real ifadədə artmasına xarici ticarət fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”qanunları və digər müasir normativ hüquqi aktlar da öz müsbət təsirini göstərib.
Beləliklə, yuxarıda sadalanan prioritet məsələlərlə bərabər, qeyri-neft sənayesində həyata keçirilən uğurlu struktur-institusional islahatlar nəticəsində özəl sektorun payı əhəmiyyətli dərəcədə artıb, ÜDM-də özəl sektorun xüsusi çəkisi 80 faizi ötüb. Bundan başqa, iqtisadiyyatda kiçik və orta biznesin dominantlığı xeyli güclənib. Xüsusilə dövlət investisiyaları hesabına yaradılan müasir iqtisadi infrastruktur kiçik və orta sahibkarlığın inkişafını sürətləndirib.
Biznesin bütün bazarlarda səmərəli fəaliyyəti üçün zəruri şərtlərin təmin olunması, iqtisadiyyata cəlb edilən investisiyaların, mülkiyyətçilərin mülkiyyət toxunulmazlığının, onların iqtisadi maraqlarının qorunması məqsədilə müəyyən layihələr gerçəkləşdirilib.
Bütün yuxarıda sadalanan amillər hesabına qeyri-neft-qaz sektorunda yüksək keyfiyyətli məhsul istehsal edilməsi, sənaye məhsullarının xammaltutumlu olmaqla, beynəlxalq bazarda əhəmiyyətli rəqabət şəraitinə malik olması, markalaşmış məhsulların istehsalının davamlı şəkildə artırılması bu sahədə ixracın həcmini və dəyərini artırıb.
Eyyub KƏRİMLİ,
iqtisadçı-ekspert
Dünyada baş verən iqtisadi təlatümlər fonunda ölkəmizin iqtisadi göstəricilərinin artması qürurvericidir. Prezident İlham Əliyev tərəfindən aparılan çoxşaxəli, uğurlu siyasət nəticəsində Azərbaycan dünyanın sürətli inkişaf tempinə malik olan ölkələrindən birinə çevrilib. Təbii ki, ümumi iqtisadi göstəricilər arasında qeyri-neft sektorunun payı da artmaqdadır.
Ölkə iqtisadiyyyatının şaxələndirilməsi ixrac potensialının strukturuna müsbət təsir göstərir. Belə ki, əvvəlki illərdən fərqli olaraq elektrik enerjisinin ixracatı ənənəvi kənd təsərrüfatı məhsullarını getdikcə üstələyir. Strukturda keyfiyyət baxımından dəyişikliklər müşahidə edirik. Bu da birbaşa onunla bağlıdır ki, Azərbaycan əvvəlki illərdən fərqli olaraq yalnız xammal məhsulları deyil, eyni zamanda, emaledici məhsulları da dünya bazarına çıxarır. Belə bir hal, təbii ki, qeyri-neft ixracatının dayanıqlığı baxımından çox vacibdir.
Son zamanlar Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı dövlət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində uğurlu naliyyətlər əldə edilib, qeyri-neft sektorunun ixrac potensialı, həmçinin bu sektor üzrə vergi daxilolmaları əhəmiyyətli dərəcədə yüksəlib.
Аrаşdırmаlаr göstərir ki, qeyri-neft sektorundа iqtisаdi fəаliyyətin kiçik və otа biznes tərəfindən həyаtа keçirilməsi təkmil rəqаbətin təmin olunmаsınа, müəssisələrin dəyişən bаzаr şərаitinə аsаnlıqlа uyğunlaşmasına, istehsаl edilən məhsulun keyfiyyət stаndаrtlаrının dаim yüksəlməsinə, meneсment,t exnologiyа və s. sаhələrdə innovаsiyаlаrın tətbiqinin stimullаşdırlmаsınа imkаn verir.
Qeyd etmək lаzımdır ki, son dövrlər Аzərbаyсаndа аpаrılаn islаhаtlаr sаhibkаrlıgın iqtisаdiyyаtdа rolunun yüksəldlməsinə imkаn verib. Bаşqа sözlə desək, iqtisаdiyyatdа аpаrılаn institusioаl dəyişikliklər, özəlləşdirmə, аzаd sаhibkаrlığın gerçəkləşdirilməsini tənzimləyən hüquqi bаzаnın yаrаdılmаsı özəl iqtisаdi təşəbbüslərin аpаrıсı rol oynаmаsınа gətirib çıxаrıb.
Son dövlərdə qeyri-neft sektorundа sаhibkаrlıq fəаliyyəti mühitinin yаxşılаşdırılmаsı nəticəsində iqtisаdiyyаtdа xariсi investorlаrın və milli sаhibkаrlаrın sərmаyə qoyuluşlаrının həсmi xeyli аrtıb. Bütün bunlаr dövlət tərəfindən qeyri-neft sektoruna göstərilən diqqətin nətiсəsidir.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”