15 iyul 2016-ci ilildə FETÖ teror təşkilatının qardaş Türkiyədə dövlət çevrilişinə cəhdinin 9-cu ildönümü ilə əlaqədar keçirilən dövlət tədbirlərində “Qardaşlığımız əbədidir” QHT koalisiyasının sədrii Emin Həsənli və həmin faciədə qəhrəmancasına həlak olan, Ömər Xalisdəmirlə hərbi kurslarda və təlimlərdə birgə iştirak edən silah yoldaşı Qarabağ qazisi Famil Fərəcov da iştirak ediblər.
Emin Həsənli və Famil Fərəcov Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın da iştirak etdiyi tədbirdən əvvəl Türkiyə Ehtiyatda Olan Gizirlər birliyi üzvüləri ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət ediblər. Burada çevrilişə cəhd zamanı şəhid olan Türkiyənin Quru Qorşunlar komandanının köməkçilərinin biri, gizir Bülənd Aydının və digər şəhidlərin məzarı ziyarət olunub.
Xiyabanda keçirilən anım mərasimində Bülənd Aydının silahdaşları, dostları onun keçdiyi şərəfli xidmət yolu haqqında məlumat verib və xatirələrini danışıb.
Xatırladaq ki, bu çevriliş cəhdi zamanı Türkiyə Silahlı Qüvvələri 250 şəhid verib.
Sonra Türkiyə Prezidentin iştirakı ilə Özəl Hərəkət mərkəzində şəhid yaxınları və qazilərin də qatıldığı böyük tədbir keçirilib. Türkiyə Prezidenti bu hadisələrlə bağlı geniş çıxış etdib.
Daha sonra isə Türkiyə Prezident Administrasiyasının kongres mərkəzində “Ən uzun gecə” ədəbi-bədi kompozitsiya nümayiş etdirilib.
Tədbirlərin sonunda şəhid ailələri ilə, qazilərlə görüşən Rəcab Tayib Ərdoğan onların Vətən qarşısında, dövlət qarşısında, xalq qarşısında xidmətlərinin xüsusi vurğulayıb və nə edilsə də bu xidmətlərin əvəzinin ödənilməyəcəyini bildirib.
Tədbirlərdə iştirak edən Emin Həsənli və Famil Fərəcovun Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə görüşü oldu. Görüş zamanı iki ölkənin hərbçiləri arasında əlaqələrin gemişləndirilməsi və dərinləşdirilməsinin vacibliyi bildirildi. Bundan sonra da bu istiqamətdə addımların atılacağı bir daha vurğulandı.
Tədbirlər zamanı Azərbaycandan olan qonaqlarla Türkiyənin ədliyyə naziri Yılmaz Tunçla da görüşü oldu. Bu görüşdə də iki ölkə arasında əlaqələrdə hərbi yönümlü təşkilatların pnəmi bir daha vurğulandı.
Herbiand.az-a görüşlər bağdə məlumat verən Qardaşlığımız əbədidir” QHT koalisiyasının rəhbəri Emin Həsənli bu təmasların qarşılıqlı əlaqələrin inkişafı baxımından çox önəmli olduğunu bildirib.
Daha sonra Emin Həsənli və Famil Fərəcov 15 iyul qaziləri və şəhid alələri ilə də görüşlər keçirildi.
XQ