Finlandiyada Rusiya və Belarus vətəndaşlarının daşınmaz əmlakla bağlı əməliyyatlarını qadağan edən qanun qüvvəyə minib.
AZƏRTAC xəbər verir ki, Finlandiyanın müdafiə naziri Antti Hyakkyanen bu barədə özünün sosial media hesabında yazıb.
“Nəhayət, qanun qəbul edilib və bu uzun müddət təxirə salınmış mühüm bir islahatdır. Müvafiq qadağa Finlandiyanın təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir”, – deyə nazir bildirib.
Qeyd edək ki, bir müddət öncə Finlandiya parlamenti təhlükəsizlik üçün təhdid yarada biləcək ölkələrin vətəndaş və təşkilatlarının daşınmaz əmlakla bağlı əməliyyatlarının Müdafiə Nazirliyi tərəfindən bloklamasına imkan verən qanun layihəsini qəbul etmişdi.