Elçin Əmirbəyov Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edildi

post-img

Prezident İlham Əliyev Elçin Əmirbəyovla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Elçin Oktyabr oğlu Əmirbəyov Birinci vitse-prezidentin köməkçisi vəzifəsindən azad edilib.

Dövlət başçısının digər Sərəncamı ilə E. Əmirbəyov Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.

Xatırladaq ki, E. Əmirbəyov 2017-ci il iyunun 24-də Birinci vitse-prezidentin köməkçisi təyin edilmişdi.

Rəsmi xronika