BOS dünyanın ən yaxşı 100 arenası arasında

post-img

“FourFourTwo” jurnalı dünyanın ən yaxşı 100 stadionunun siyahısını hazırlayıb.

Bu arenaların arasında Bakı Olimpiya Stadionu (BOS) da yer alıb. BOS sıralamada 41-cidir.

Dünyanın ən yaxşı arenası isə Argentinadakı “La Bombonera” seçilib. Braziliyanın məşhur “Marakana” stadionu 2-ci, Almaniyada “Borussiya”nın (Dortmund) ev oyunlarını keçirdiyi “Siqnal İduna Park” isə 3-cü olub.

İlk “10-luq” belədir:

“La Bombonera” (Argentina)
“Marakana” (Braziliya)
“Siqnal İduna Park” (Almaniya)
“Tottenhem Hotspur” (İngiltərə)
“Monumental” (Argentina)
“Azteka” (Meksika)
“Kamp Nou” (İspaniya)
“Uembli” (İngiltərə)
“İbroks” (Şotlandiya)
“San Siro” (İtaliya)

İdman