Nəvə Bülbül Moskva Filarmoniyası səhnəsində

post-img

P.İ.Çaykovski adına Moskva Dövlət Akademik Filarmoniyasının konsert zalında “Gənc istedadlar” silsiləsindən konsert olub. Gecənin proqramına Feliks Mendelsonun və Pyotr Çaykovskinin əsərləri daxil edilib.

Musiqiçiləri Moskva Dövlət Filarmo­niyasının Akademik Simfonik Orkestri müşayiət edib. Dirijor pultu arxasında Rusiyanın və Azərbaycanın ən böyük or­kestrləri ilə əməkdaşlıq edən Moskva Kon­servatoriyasının tələbəsi Murtuza Bülbül çıxış edib.

O, Murtuza Bülbül böyük Bülbülün nəvəsi və görkəmli musiqiçi Polad Bülbü­loğlunun oğludur. 

Xatırladaq ki, “Gənc istedadlar” uzun illərdir Moskva Dövlət Filarmoniyasının dinləyicilərinin əsl marağına səbəb olan möhtəşəm layihələrindən biridir. Bu, ən parlaq gənc ifaçılara Rusiya paytaxtının əsas səhnələrində çıxış etmək və zəngin təc­rübə qazanmaq imkanı verir.

XQ

Mədəniyyət