Antarktida altında “Dərin göl”

post-img

Sidney Texnologiya Universiteti və Niderland Kral Dəniz Tədqiqatları İnstitutunun alimlərindən ibarət qrup Antarktidanın buzlarında yırtıcı mik­roorqanizmlər aşkar ediblər. Mütəxəssislər bu barə­də “Nature communications” üçün hazırladıqları məqalədə yazıblar.

Onların fikrincə, Antarktidanın sərt iqlim şəraitində möv­cud olan qədim mikroorqanizmlər xüsusi formada parazitar yırtıcılar kimi çıxış edə bilər. Tədqiqatçılar Antarktidanın də­rinliklərində ekstremal şəraitdə uğurla sağ qalan təkhüceyrəli orqanizmlərdən ibarət “Arxeylərin evi” adlanan “Dərin göl”ün olduğunu bildiriblər.

Alimlər qeyd ediblər ki, göldə aşağı temperatur və yüksək duz tərkibinə baxmayaraq, mikroorqanizmlər nəinki sağ qalır, həm də asanlıqla yırtıcı davranış nümayiş etdirirlər. Bu davra­nış arxeylərdə əvvəllər heç vaxt rastlaşmayıb.

Mütəxəssislərin fikrincə, bu arxeylər müəyyən canlıların ana hüceyrələrinə nüfuz edərək onları məhv edə bilir. Bu dav­ranış da bəzi viruslara bənzəyir.

XQ

Maraqlı