Türkiyə portalları İsi Məlikzadəni yad edib

post-img

Türkiyənin populyar “Detay haberler”, “Haber 232” portalları Dövlət Tərcümə Mərkəzinin “Azər­baycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikza­dənin türk dilinə uyğunlaşdırılmış “Talisman” hekayə­sinin yayımına başlayıb.

Tərcümə Mərkəzindən mətbuata bildirilib ki, hekayəni türk dilinə uyğunlaşdıran mərkəzin türk dili mütəxəssisi Sənan Na­ğıdır.

Geniş oxucu auditoriyasının izlədiyi portallar mütəmadi ola­raq səhifələrində Nizami Gəncəvi, Yunis Əmrə, Mixail Lermon­tov, Edqar Allan Po, Frans Kafka, Alber Kamyu kimi dünyaşöh­rətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.

AYTƏN
XQ

Son xəbərlər