Dünən Misli Premyer Liqasında XXIV tura start verilib.
İlk olaraq “Araz-Naxçıvan” Bakıdakı “Liv Bona Dea Arena”da “Karvan-Yevlax”la üz-üzə gəlib. Oyun Naxçıvan təmsilçisinin qələbəsi ilə başa çatıb – 2-1. Bu qələbədən sonra Naxçıvan təmsilçisi 36 xalla 5-ci, Yevlax klubu isə 8 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb.
Günün ikinci matçında “Şamaxı” “Sumqayıt”ın qonağı olub. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb – 1:0.
Sumqayıtlılar 32 xalla 6-cı, qonaqlar 30 xalla 8-ci sıradadır.
Qabil YUSİFOĞLU
XQ

