Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefanie Ştallmeisterin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
XQ-yə agentlikdən verilən məlumata görə, konstruktiv şəraitdə keçən görüşdə Dünya Bankının maliyyələşdirdiyi yol infrastrukturu layihələri və gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Qeyd edilib ki, M3 Ələt–Astara magistral avtomobil yolunun Yenikənd–Biləsuvar hissəsinin yenidən qurulması layihəsi uğurla icra olunub və regionun sosial-iqtisadi inkişafına mühüm töhfə verib.
Görüş zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər yol infrastrukturunun inkişafı istiqamətində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.
M.MİRZƏ
XQ

