Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Türkiyənin Çanaqqala Onsəkkiz Mart Universitetinin professoru Vedat Çalışkan Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub.
Muzeyin ekspozisiyasını maraqla seyr edən qonaq daha sonra bu mədəniyyət ocağının direktoru akademik Rafael Hüseynovla görüşüb.
Görüşdə qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
Sonda türkiyəli qonağa akademik Rafael Hüseynovun müəllifi olduğu “Məkansız və zamansız Nəsimi” və "Səksən ilin güzgüsü" kitabları hədiyyə olunub.
Qeyd edək ki, professor Vedat Çalışkan Çanaqqala Onsəkkiz Mart Universitetinin Tətbiqi elmlər fakültəsinin Muzeyçilik kafedrasında çalışır. O, mədəniyyət coğrafiyası üzrə mütəxəssisdir.
Qabil YUSİFOĞLU
XQ



