Kəmaləddin Heydərov Qəbələdə vətəndaşlarla görüşüb

post-img

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov martın 13-də Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin binasında Qəbələ, Oğuz, İsmayıllı və Ağdaş rayonlarının sakinlərinin müraciətlərini dinləyib.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Regional Mərkəzin həyətində ucaldılmış büstü ziyarət edilərək önünə gül dəstəsi qoyulub, əziz xatirəsi dərin ehtiramla yad olunub.

Həmin gün Qəbələ, Oğuz, İsmayıllı və Ağdaş rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.

XQ

Son xəbərlər