İsrail Prezidenti İsaak Hersoq Hikmət Hacıyevi qəbul edib

post-img

İsrail Prezidenti İsaak Hersoq Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi qəbul edib.

Bu barədə İsrailin Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, Prezidentin köməkçisi İsaak Hersoqa Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırıb. İsrail Prezidenti isə öz növbəsində minnətdarlığını bildirib və onun da salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.

Görüş zamanı Azərbaycan və İsrail arasında ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən, regional məsələlər müzakirə edilib.

***

Həmin gün Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin Xarici İşlər naziri Gideon Saar ilə regional gündəliyi müzakirə edib.

Bu barədə İsrail XİN-in Avrasiya və Qərbi Balkan şöbəsinin rəhbəri Liat Vekselman "X" sosial şəbəkəsindəki hesabında məlumat verib. L.Vekselman qeyd edib ki, tərəflər Yaxın Şərq və Qafqaz regionunda cərəyan edən son hadisələri, regional təhlükəsizliyi və İsraillə Azərbaycan arasında ikitərəfli möhkəm münasibətləri müzakirə ediblər.

XQ

Son xəbərlər