Ermənistanın ekoloji terroru davam edir

post-img

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yaşıl dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin həyata keçirdiyi “Ermənistanın ekoloji terroru” adlı layihənin icrası davam edir.

Layihə çərçivəsində Zəngilan rayonunun Ağalı kəndində “Oxçuçayda ekoloji fəlakət” adlı ictimai müzakirə keçirilib. “Yaşıl dünya” EMİB-in sədri Elman Cəfərli qeyd edib ki, işğal zamanı Zəngilanda, Cəbrayılda, Ağdamda qiymətli ağaclar olan meşələr qırılıb. Ağdamda 100 hektardan çox püstə meşələri vandal hücuma məruz qalıb. Laçın rayonunun Kamallı kəndi ərazisində 100 illik tarixə malik 30 hektara yaxın aqromeşə məhv edilib. Ermənistanın dağ-mədən sənayesi sərhəd çaylarını davamlı olaraq kimyəvi maddələrlə və tullantılarla çirkləndirir.

“Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova, Ağalı kənd sakinləri Gülşən Hüseynova, Vüqar Kərimli, Nurəddin Əliyev layihənin əhəmiyyətindən danışılar, Ermənistanın törətdiyi ekoloji cinayətlərin bölgədə böyük fəsadlar yaratdığını, Qarabağa böyük qayıdış prosesinə mane olduğunu bildiriblər.

Müzakirələrdə bildirilib ki, Azərbaycanın əsas çayları dağ-mədən sənayesinin ağır metal tullantıları ilə çirkləndirilib. Ermənistandan Azərbaycana 20-dən çox irili-xırdalı çay gəlir. Həmin çaylar Ermənistan ərazisində çirkləndirilib. Oxçuçay ekoloji çirklənməyə daha çox məruz qalır, Qacaran mis-molibden zavodu və Qafan mis filiz saflaşdırma kombinatının toksiki tullantıları ilə çirkləndirilir. Bəsitçayda, Bərgüşad və Araz çaylarında da çirklənmə dərəcəsi eynidir.

XQ

 

Son xəbərlər