FIFA-nın soydaşımıza etimadı

post-img

Azərbaycan Futzal Federasiyasından verilən məlumata görə, ölkəmizin futzal üzrə FIFA referisi Knyaz Əmiraslanov təyinat alıb.

O, UEFA Çempionlar Liqasının əsas mərhələsinin III qrupunun oyunlarında oktyabrın 29-da “Benfika” (Portuqaliya) – “Loznitsa-Qrad 2018” (Serbiya) oyununda ikinci, həmin gün baş tutacaq “Riqa” (Latviya) – “Luksol St.Andreus” (Malta) görüşündə üçüncü hakim funksiyasını yerinə yetirəcək.

FIFA referisi oktyabrın 30-da keçiriləcək “Luksol St.Andreus” – “Loznitsa-Qrad 2018” qarşılaşmasında isə birinci hakim olacaq.

Qeyd edək ki, bu qrupun oyunları Maltanın Qzira şəhərində keçiriləcək.

Qabil ƏLİYEV
XQ

İdman