Azərbaycan – Türkiyə hərbi-texniki və kibertəhlükəsizlik əməkdaşlığı

post-img

Avqustun 13-də Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.  Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Türkiyə nümayəndə heyəti ölkəmizə səfər çərçivəsində müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin Komandanı vəzifəsini icra edən general-leytenant Namiq İslamzadə ilə də görüşüb. Qonaqlara Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsinin yaranma tarixi, icra olunan fəaliyyətlərlə bağlı brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.

***

Həmin gün Azərbaycan və Türkiyə arasında İKT, kosmik sənaye, süni zəka və kibertəhlükəsizlik sahələrində əməkdaşlıq məsələləri də müzakirə edilib.

Bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir vurğulayıb ki, bu gün ölkədə səfərdə olan Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünlə görüş keçirilib:

“Görüşdə Azərbaycanda qeyd edilən sahələrdə təlim proqramlarının həyata keçirilməsini və iki ölkə mütəxəssislərinin təcrübə mübadiləsinin təşkili istiqamətində tədbirlərin görülməsini qərarlaşdırdıq”.

XQ

 



Son xəbərlər