Paytaxt və rayonlarda silah-sursatların təhvili davam edir

post-img

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər. Məlumatı DİN mətbuat xidməti verib.

Məlumata görə aprelin 8-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında  1 avtomat silahı, 2 tüfəng, 3 patron darağı və 180 ədəd müxtəlif çaplı patron təhvil götürüblər. 

Eyni zamanda, qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. Aprelin 8-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 1 tüfəng və 3 ədəd patron aşkar edilərək götürülüb.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər