Yevlaxda ağır yol qəzası

post-img

Bu gün Yevlax şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə bununla əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Aran Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Audi” markalı minik avtomobili idarəetməni itirərək elektrik dirəyinə çırpılıb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər